AZ

MOİK rəhbərliyi qərarını dəyişdi

1-ci Liqa təmsilçisi MOİK-in rəhbərliyi fikrini dəyişib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, qış fasiləsində baş məşqçi İlham Yadullayevlə əməkdaşlığa son qoymağı planlaşdıran klub idarəçiləri ardıcıl qələbələrdən sonra ümidləniblər.

Çempionatın 11-ci turu çərçivəsində dünən səfərdə "Zaqatala"nın məğlubiyyətə uğradılması (3:1) isə rəhbərliyin Yadullayevə olan inamını möhkəmləndirib.

"Hərbçilər"in bossları artıq 1 ay öncədən müzakirələr apardıqları 2 mütəxəssislə danışıqları dayandırıblar.

Qeyd edək ki, MOİK 14 xalla 6-cı pillədə mövqe tutub. Komanda son 3 turda qələbə qazanıb.

Nihat

Seçilən
85
1
fanat.az

2Mənbələr