AZ

2018–2025-ci illərdə Azərbaycanda əmək haqqı fondu 3,2 dəfə artıb - Nazir

Bakı. Trend:

2018–2025-ci illərdə Azərbaycanda əmək haqqı fondu 3,2 dəfə, ocümlədən qeyri-dövlət sektoru üzrə 3,6 dəfə artıb.

Trend xəbər verirki, bunu bu gün Azərbaycanın əmək və əhalinin sosial müdafiəsinaziri Anar Əliyev “Dayaq” mükafatının təqdimetmə mərasimindəbildirib.

“2018–2025-ci illərdə əmək müqavilələrinin sayı 45 faiz və ya595 min artıb, bu artımın 92 faizi özəl sektorun payına düşüb.Həmin dövrdə ölkə üzrə əməkhaqqı fondu 3,2 dəfə, o cümlədənqeyri-dövlət sektoru üzrə 3,6 dəfə yüksəlib. Əhalinin aktivməşğulluğunun təmin edilməsi və müasir əmək bazarının çağırışlarınacavab olaraq, dövlət başçısının müvafiq sərəncamı ilə təsdiqedilmiş Azərbaycan Respublikasının 2019–2030-cu illər üçünMəşğulluq Strategiyası əhalinin səmərəli məşğulluğunun təminolunmasına yönəlmiş uzunmüddətli dövlət siyasətinin əsasını təşkiledir”, - deyə nazir vurğulayıb.

Nazirin sözlərinə görə, islahatların aparılmasına başlanıldığıvaxtdan bəri nazirlik 2,1 milyondan çox şəxsi aktiv məşğulluqtədbirləri ilə əhatə edib.

“Onlardan 823 min nəfər işlə təmin edilib, 82 peşə istiqamətiüzrə 54 mindən çox şəxs peşə hazırlığı keçib, 111 min nəfər isəözünüməşğulluq proqramına cəlb olunub”, – deyə o vurğulayıb.

Seçilən
106
4
az.trend.az

6Mənbələr