AZ

Əhməd İsmayılov: Türk dövlətləri sistemli informasiyasiya təhdidlərinə məruz qalır

ANKARA, 18 dekabr. TELEQRAF

Türk dövlətləri də bir qayda olaraq sistemli informasiyasiya təhdidlərinə məruz qalır.

Teleqraf-ın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Dezinformasiyaya Qarşı Mübarizə üzrə Türk Dövlətləri Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, mürəkkəb coğrafiyalarda yerləşmiş ölkələrimizin geopolitik fəallığı artdıqca dezinformasiya dalğasının da miqyası genişlənir.

Onun sözlərinə görə, bu tendensiya bizim ümumi problemimizdir:

"Onun həlli, cəmiyyətlərimizin müqavimətinin gücləndirilməsi hamımızın birgə səyindən, həmrəyliyindən birbaşa asılıdır", - Ə. İsmayılov əlavə edib.

Seçilən
94
teleqraf.com

1Mənbələr