AZ

Qətər və Azərbaycan arasında münasibətlər bütün sahələrdə möhkəmlənib - Səfir

Bakı .Trend:

Qətər ilə Azərbaycan arasında münasibətlər siyasi, iqtisadi vəmədəni sahələrdə əhəmiyyətli dərəcədə möhkəmlənib.

Trend xəbər verirki, bu barədə bu barədə Qətərin Azərbaycandakı səfiri MəhəmmədHəməd Səəd əl-Hacirinin Bakıda Qətərin Milli Günü münasibətiləkeçirilən rəsmi qəbul zamanı ünvanladığı müraciətdə bildirilib.

Səfirin təbrik nitqini Qətərin Azərbaycandakı müvəqqəti işlərvəkili Hamed əl-Humeydi səsləndirib.

O qeyd edib ki, Qətər 2030-cu ilədək Qətərin Milli İnkişafStrategiyası çərçivəsində səylərini ardıcıl şəkildə davam etdirir.Bu strategiya rifahın, tərəqqinin və dayanıqlı inkişafın təminedilməsinə, həmçinin Qətərin bütün dost ölkələrlə münasibətlərininmöhkəmləndirilməsinə yönəlmiş kompleks proqramdır.

“Qədim tarixə və zəngin mədəniyyətə malik AzərbaycanRespublikasında Prezident İlham Əliyevin rəhbərliyi altında biz bustrategiyanın xalqlarımızın və ölkələrimizin rifahı naminə həyatakeçirilməsi istiqamətində fəaliyyətimizi davam etdiririk”, – deyəsəfir bildirib.

Məhəmməd Həməd Səəd əl-Haciri vurğulayıb ki, Qətər iləAzərbaycan arasında münasibətlər bütün siyasi, iqtisadi və mədənisahələrdə əhəmiyyətli dərəcədə möhkəmlənib. Onun sözlərinə görə, buəlaqələr hər iki ölkənin rəsmi şəxsləri və biznes dairələrininnümayəndələrinin qarşılıqlı səfərləri sayəsində daha dagüclənib.

Məqalədə:
Seçilən
89
1
az.trend.az

2Mənbələr