AZ

Şahramanyan antiterror əməliyyatı ilə bağlı DİNDİRİLDİ

Ləğvini elan etmiş qondarma Artsaxın “prezidenti" Samvel Şahramanyan şahid kimi dindirilib. 

“Cebheinfo.az” xəbər verir ki, o , bu barədə 18 dekabrda jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, Hərbi İstintaq Komitəsində dindirilmə 44 günlük müharibə ilə deyil, 2023-cü ilin hərbi əməliyyatları və onların nəticələri ilə bağlı olub. İlkin istintaqın məxfiliyi səbəbindən o, təfərrüatları açıqlamayıb.

Şahramanyan  deyib ki, heç vaxt hüquq-mühafizə orqanlarına getməkdən və sualları cavablandırmaqdan yayınmayıb.

Seçilən
41
1
cebheinfo.az

2Mənbələr