FIFA-nın Qitələrarası Kubokunun qalibi müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, turnirin finalında Fransanın PSJ və Braziliyanın “Flamenqo” komandaları üz-üzə gəliblər. Qətərin paytaxtı Doha şəhərində keçirilən həlledici qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Matçın qalibi penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan PSJ 2:1 hesablı qələbə qazanaraq FIFA-nın Qitələrarası Kubokunun sahibi olub.