AZ

İsrail və Misir razılığa gəldi - Netanyahu şad xəbəri elan etdi

İsrail və Misir arasında 35 milyard dollarlıq təbii qaz müqaviləsinin imzalandığı təsdiqlənib.

Publika.az xəbər verir ki, məlumatı İsrailin Baş naziri Benyamin Netanyahu açıqlayıb.

O, sözügedən müqavilənin İsrail tarixində ən böyük təbii qaz müqaviləsi olduğunu bildirib.

Netanyahu bu müqavilədən əldə ediləcək məbləğin 18 milyard dollarının birbaşa xəzinəyə gedəcəyini və Misirlə müqavilənin İsrailin enerji sektorundakı regional mövqeyini gücləndirdiyini deyib. Həmçinin İsrailin Baş naziri daha çox yeni süprizlərin olacağını qeyd edib.

Seçilən
80
publika.az

1Mənbələr