
“ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişəni dayandırarsa, tarixə ən sülhsevər ABŞ Prezidenti kimi düşə bilər”.
Missiya.Az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Newsmax" telekanalına verdiyi müsahibədə deyib.
"Əgər bu münaqişə Trampın köməyi ilə dayandırılsa, o, tarixə düşəcək. Onun Nobel mükafatına ehtiyacı yoxdur. O, tarixə Amerika Birləşmiş Ştatlarının ən sülhsevər prezidenti kimi düşəcək", - deyə siyasətçi bildirib.
Lukaşenko həmçinin qeyd edib ki, Amerikanın "Əsas 5" təşəbbüsü həyata keçirilsə, dünya tamamilə fərqli olacaq.
"Mediadan eşitdim ki, Tramp beş ölkədən - Rusiya, Çin, Yaponiya, ABŞ və Hindistandan ibarət bir növ ittifaq yaratmağa hazırdır. Düşünürəm ki, bu ittifaq qurularsa, dünya qısa müddət ərzində tamamilə fərqli olacaq", - deyə siyasətçi əlavə edib.
Lukaşenkonun sözlərinə görə, avropalılar Trampın nə istədiyini başa düşmürlər.
Belarus lideri bəyan edib ki, Tramp Asiyaya üz tutub, çünki bölgə gələcək inkişafın əsas mərkəzidir. Bu gün Asiya əsasən Çin sayəsində sürətlə inkişaf edir.
Daşqın HəsənovMissiya.Az