AZ

ABŞ Meksika narkokartelinə sanksiyalar tətbiq edib

Bakı. Trend:

ABŞ-nin Maliyyə Nazirliyi Meksikanın “Santa Rosa de Lima”karteli və ona bağlı şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Məlumata görə, sanksiyaların tətbiqinə səbəb bu mütəşəkkilcinayətkar qrupun iri həcmli neft və yanacaq oğurluqlarındaiştirakıdır.

“Bu kartel enerji daşıyıcılarının trans-sərhəd qara bazarınıninkişafına vəsilə olur və qanunlara riayət edən ABŞ neft-qazşirkətlərinə ziyan vurur,” – nazirliyin məlumatında bildirilir.

ABŞ Maliyyə Naziri Skott Bessent vurğulayıb ki, nazirlikcinayətkar kartellərin maliyyə cəhətdən təcrid olunması üzərindəişini davam etdirəcək və qanunsuz gəlirlərin yuyulmasına qarşımübarizə aparacaq.

“Kartellər harada və necə pul qazanıb yuyursa yusun , biz onlarıtapacağıq və buna son qoyacağıq”, – deyə Bessent qeyd edib.

Məqalədə:
Seçilən
116
az.trend.az

1Mənbələr