AZ

Şahramanyan Azərbaycanın antiterror əməliyyatı ilə bağlı dindirilib

Bu gün mən şahid qismində dindirildim.

Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, bunu keçmiş Dağlıq Qarabağın qondarma prezidenti Samvel Şahramanyan jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, Hərbi İstintaq Komitəsində dindirilmə 44 günlük müharibə ilə bağlı deyil, daha çox 2023-cü ildə baş verən hərbi hərəkətlərə və onların nəticələrinə aid olub.

Şahramanyan ibtidai istintaqın məxfiliyinə görə təfərrüatları açıqlamayıb. Lakin qeyd edib ki, heç vaxt hüquq-mühafizə orqanlarının qarşısına çıxmaqdan və suallara cavab verməkdən yayınmayıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
99
herbiand.az

1Mənbələr