AZ

Lukaşenko: "Tramp ən sülhsevər prezidentdir"

Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-nin "Newsmax" telekanalınamüsahibəsindədilə gətirib. O vurğulayıb ki, Donald Trampın səyləri nəticəsində Rusiya-Ukrayna müharibəsi başa çatacağı təqdirdə onun sülh üzrə "Nobel" mükafatına ehtiyacı yoxdur:

"Çünki mükafatı tarix özü verəcək.Franklin Ruzveltdən (32-ci prezident (1933–1945) - red.) bəri hər hansı ABŞ Prezidenti haqqında belə bir söz demək çətindir. Məhz bu baxımdan Donald Tramp fərqlidir. Şərt deyil ki, 7-8 müharibəni dayandırıb, ya yox.Niyyəti məhz budur - sülhdür, müəyyən mənada uğur da qazanır".
DW:"Trampın səyi yalnız Bakı-İrəvan sülhündə özünü doğruldub"

ABŞ-də fəaliyyət göstərən müharibə əleyhinə "Code Pink" qrupunun qurucusu Medeya Bencamin dünən Almaniyanın "Deutsche Welle" dövlət telekanalına müsahibəsində də Donald Trampın müharibə əleyhinə səylərinə toxunub. O vurğulayıb ki, Donald Trampın "sülh" adlandırdığı razılaşmalar müvəqqəti fasilələrdən, səthi barışıqlardan ibarətdir:

"Donald Trampın, həqiqətən, həllinə təkan verdiyi müharibə məhz Bakı-İrəvan münaqişəsidir".

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar.

Firudin Həmidli
AzVision.az
Seçilən
86
azvision.az

1Mənbələr