Bakı. Trend:
17 dekabr 2025-ci il tarixində Bakı şəhərində AzərbaycanRespublikasının Xarici İşlər Nazirliyi ilə Birləşmiş ƏrəbƏmirliklərinin Xarici İşlər Nazirliyi arasında sayca ikincikonsulluq məsləhətləşmələri keçirilib.
Trend xəbər verir ki, bubarədə XİN məlumat yayıb.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə AzərbaycanRespublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisiEmil Səfərov, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinə isəXarici İşlər Nazirliyinin Konsulluq Xidmətləri Departamentinindirektoru Raşed Nadhar Rahmah rəhbərlik edib.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühümtərəfdaş ölkə olan Birləşmiş Ərəb Əmirlikləri ilə konsulluqsahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, ocümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanlarınəzərdən keçirilib.
Bununla yanaşı, konsulluq sahəsində həyata keçirilmiş sonyeniliklər, o cümlədən konsulluq xidmətlərinin rəqəmsallaşdırılmasıistiqamətində hər iki ölkənin mövcud təcrübəsi və tətbiq olunanmexanizmlər ətrafında fikir mübadiləsi aparılıb, bu sahədəəməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübələrin qarşılıqlıtətbiqi imkanlarına baxılıb.
Bununla yanaşı, iki ölkə arasında miqrasiya, ədliyyə, sərhəd,daxili işlər, təhsil, sosial və digər sahələrdə əlaqələringücləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbətiiclasının 2026-cı ildə Abu-Dabi şəhərində keçirilməsinə dairrazılıq əldə olunub.