AZ

Eldar Qəribov Fransadakı ultralüks villasını satışa çıxardı

Eldar Qəribov Fransadakı ultralüks villasını satışa çıxardı

"Unibank"ın Müşahidə Şurasının sədri Eldar Qəribov Fransanın Nitsa şəhəri yaxınlığındakı əsrarəngiz Villefrançe bölgəsində yerləşən ultralüks villasını satışa çıxarıb.

AFN.az xəbər verir ki, bu məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb. Onun sözlərinə görə, Malta vətəndaşlığı olan azərbaycanlı bankir ötən il pik həddə çatan Fransa-Azərbaycan münasibətlərindəki gərginlik səngiyəndən sonra sevimli villasını - "Villa Floriana"nı satmaq qərarına gəlib. Villanın satış qiyməti 17 milyon avro müəyyənləşdirilib.

1261 Av. Léopold II, 06230 Villefranche-sur-Mer ünvanında yerləşən "Villa Floriana" Fransanın, Birləşmiş Ərəb Əmirliklərinin, Almaniya və Rusiyanın lüks əmlak firmaları vasitəsilə təklif olunur. Villa Art Deco memarlıq üslubundadır, tam yenilənib və Cap Ferrat yarımadasına yuxarıdan baxan, çox üstün mövqedə yerləşir. Bu tip villalar bölgədə ən bahalı və nadir əmlaklar sırasındadır. "Villa Floriana" 1920–1930-cu illərin klassik, prestijli memarlıq üslubudur.

Villa təpədə yerləşir, nəfəskəsən mənzərəsi, 360 dərəcəlik panoraması var, buradan həm gün doğumu, həm də gün batımı, əsrarəngiz liman və açıq dəniz görünür. 2 600 m² torpaq sahəsi var, ətrafı tamamilə ağaclarla örtülüdür. Villanın hovuzu vizual olaraq dənizlə birləşir, üfüqi sonsuzluq lüks villalarda ən arzu olunan hovuz növüdür.

Ərazisində 6 maşın üçün örtülü parkinq var. Villa hər biri dəniz mənzərəsinə açılan 4 yataq otağı olan 320 m²-lik əsas tikilidən və xidmətçi personal üçün nəzərdə tutulan evdən, həmçinin 160 m² sahəsi olan qonaq evindən ibarətdir.

Seçilən
166
10
afn.az

10Mənbələr