AZ

Bakı Limanının direktoru: Gələcəkdə daha böyük həcmdə yük aşırımı həyata keçirəcəyik

Bakı, 18 dekabr, AZƏRTAC

Bakı Beynəlxalq Dəniz Limanına gələn yüklərin əsas istiqaməti şərqdən qərbədir. Bu il 100000-ci konteynerin qəbul edilib aşırılması limanın yüksələn xətlə inkişafından xəbər verir və gələcəkdə daha çox yük aşırımı həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Dəniz Limanının direktoru Eldar Salahov jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, Azərbaycanın coğrafi mövqeyi elə bir məkandadır ki, yüklərin təxminən 38-40 faizi Çindən gələn idxal və tranzit yükləridir.

“Xüsusilə son zamanlar Çin istehsalı olan avtomobillərin və ehtiyat hissələrinin daşınmasında böyük artım müşahidə olunur. Bununla yanaşı, İsveçrə, Türkiyə, Qazaxıstan, Özbəkistan və Gürcüstan kimi ənənəvi ticarət tərəfdaşlarımızla da əməkdaşlığımız genişlənir”, - deyə direktor qeyd edib.

Seçilən
111
1
azertag.az

2Mənbələr