AZ

AAİB bankın Türkmənistana daxil ola bilməsi üçün hökumətdən rəsmi cavab gözləyir - Nikolay Podquzov (ÖZƏL)

Almatı. Trend:

Avrasiya İnkişaf Bankı (AAİB) ölkəyə daxil ola bilməsi üçünTürkmənistan hökumətindən rəsmi cavab gözləyir.

Bunu Trend-inxüsusi müxbirinə AAİB idarə heyətinin sədri Nikolay Podquzovdeyib.

Podquzov bildirib ki, bu il müxtəlif tədbirlər çərçivəsində,xüsusən də Rusiya-Türkmənistan hökumətlərarası komissiyasınınişində AAİB nümayəndələri ilə Türkmənistan hökumətinin təmsilçiləriarasında bir neçə təmaslar baş tutub.

“Türkmənistanın banka potensial qoşulması ilə bağlı sual banknümayəndəsinin sorğusu kimi səsləndi. Bundan əvvəl mən Aşqabadasəfər etmiş və hökumət nümayəndələri ilə görüşərək bu məsələnimüzakirə etmişəm. İndi isə fəaliyyətə başlaya bilməyimiz üçün dahaçox Türkmənistan hökumətindən rəsmi cavabı gözləmək istəyirik.Türkmənistanın banka qoşulması üzrə mümkün plan həm bizimtərəfimizdən həm də bankın səhmdarları tərəfindən tam dəstəklənir”,– deyə AAİB sədri vurğulayıb.

Qeyd edək ki, AAİB iştirakçı dövlətlərin iqtisadi artımına,onlar arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə vəAvrasiya məkanında inteqrasiya proseslərinin inkişafına investisiyafəaliyyəti vasitəsilə dəstək göstərmək məqsədi ilə yaradılmışçoxtərəfli inkişaf bankıdır. AİB-in iştirakçıları yeddi ölkədir:Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan vəÖzbəkistan.

Məqalədə:
Seçilən
45
az.trend.az

1Mənbələr