
Qondarma Dağlıq Qarabağ Respublikasının qondarma rəhbəri Samvel Şahramanyan Ermənistan İstintaq Komitəsində şahid qismində dindirilib.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, o bu barədə İstintaq Komitəsindən çıxdıqdan sonra jurnalistlərə bildirib.
Şahramanyanın sözlərinə görə, dindirmə 2023-cü il hadisələri və onların nəticələri ilə bağlı olub.
O, istintaqın məxfiliyini əsas gətirərək təfərrüatları açıqlamaqdan imtina edib.
Şahramanyan deyib ki, müstəntiqlərin bütün suallarına ətraflı cavablar verib.
Qeyd edək ki, Şahramanyan 2025-ci ilin iyun və iyul aylarında da bu iş üzrə 12 dəfə dindirilib.