Almatı. Trend:
Azərbaycanın Avrasiya İnkişaf Bankına (AAİB) üzvlüyü prosesinə2026-cı ildə başlanılacağına ümid edirəm.
Bunu Trend-inxüsusi müxbirinə bu gün Almatıda 2025-ci ilin yekunlarına dairkeçirilən mətbuat konfransı çərçivəsində AAİB idarə heyətinin sədriNikolay Podquzov deyib.
Podquzov qeyd edib ki, müddətləri dəqiqliklə söyləmək etməkmümkün deyil, hərçənd, Azərbaycanın banka qoşulmasına tam dəstəkmövcuddur. Onun sözlərinə görə, bu prosesin nə qədər vaxtçəkəcəyini proqnozlaşdırmaq çətindir.
Buna misal olaraq o, Özbəkistanı göstərib: qərar 2025-ci ildəyekunlaşdırılsa da, prosesin özü 2021-ci ilin sonlarında başlayıbvə faktiki olaraq təxminən üç il davam edib.
O 2025-ci ildə AAİB nümayəndə heyətinin Azərbaycana səfərininbaş tutduğunu və səfər çərçivəsində iqtisadiyyat və maliyyənazirliklərinin nümayəndələri ilə görüşlərin keçirildiyinixatırladıb.
“Düşünürəm ki, Azərbaycanın banka potensial qoşulma planıdəstəklənib. Görünən odur ki, bunun üçün Azərbaycanda müəyyənbürokratik qərarların qəbulu tələb olunur və biz səbrlə aidiyyətistrukturlardan belə qərarları gözləyirik”, – deyə o bildirib.
Qeyd edək ki, AAİB iştirakçı dövlətlərin iqtisadi artımına,onlar arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə vəAvrasiya məkanında inteqrasiya proseslərinin inkişafına investisiyafəaliyyəti vasitəsilə dəstək göstərmək məqsədi ilə yaradılmışçoxtərəfli inkişaf bankıdır. AİB-in iştirakçıları yeddi ölkədir:Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan vəÖzbəkistan.