AZ

Zelenski prezident seçkilərinə hazır olduğunu açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski prezident seçkilərinə hazır olduğunu açıqlayıb.

Missiya.Az xəbər verir ki, siyasətçi bu barədə “Novosti LIVE”ə müsahibəsi zamanı məlumat verib.

"ABŞ prezident seçkiləri ilə bağlı açıqlama verdi və mən də onlara hazır olacağımı dedim. Biz parlament və ya yerli seçkiləri nəzərdən keçirmədik", - deyə Ukrayna lideri bildirib.

Zelenski həmçinin qeyd edib ki, hələlik səsvermə ilə bağlı qanun layihəsi yoxdur, lakin bütün siqnallar Ukrayna parlamentinin üzvlərinə çatdırılıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
110
missiya.az

1Mənbələr