AZ

Belçika Aİ-yə şərt qoydu: Rusiya pullarına görə tam zəmanət verin

Belçika Aİ-yə Rusiya aktivlərinə görə şərt qoyub.

Brüssel müsadirə nəticəsində yaranacaq zərərlərin qarşılanması üçün maliyyə təminatı istəyir.

İnterpress.az xəbər verir ki, bu barədə “EUObserver” məlumat yayıb.

Məlumata görə, Belçika Avropa İttifaqından (Aİ) Rusiyanın dondurulmuş aktivləri ilə bağlı qeyri-məhdud zəmanət tələb edir.

Nəşr bildirir ki, rəsmi Brüssel Rusiya aktivlərinin müsadirəsi səbəbindən ölkənin üzləşə biləcəyi mümkün itkilər və risklər üçün maliyyə zəmanətlərinin verilməsində israrlıdır. Belçika tərəfi gələcəkdə yarana biləcək hüquqi və maliyyə problemlərinin yükünü təkbaşına daşımaq istəmir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
106
interpress.az

1Mənbələr