AZ

“Yuventus”dan Kenan Yıldıza yeni təklif

“Yuventus” Kenan Yıldızla yeni müqavilə üzrə danışıqları davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, Turin klubu 25 dekabra qədər 20 yaşlı yarımmüdafiəçi ilə ikinci görüş keçirməyə hazırlaşır. “Yuventus” Yıldıza beş illik müqavilə 5 milyon avro maaş və əlavə 1 milyon avro bonus təklif etməyi planlaşdırır. Futbolçunun agenti onun atası Enkindir.

Hazırkı müqavilə 30 iyun 2029-cu ilə qədər qüvvədədir və 2024-cü ilin avqustunda yenilənib. Yıldız 2025/26 mövsümündə meydana çıxdığı 21 oyunda 6 qol və 6 asistlə yadda qalıb.

Transfermarkt onun dəyərini 75 milyon avro qiymətləndirir.

Seçilən
125
idmanxeber.az

1Mənbələr