Saç tökülməsi, zəifləmə və parlaqlığın itməsi bir çox hallarda düzgün qidalanmama ilə əlaqələndirilir.
Pravda.az bildirir ki, saç sağlamlığını qorumaq üçün gündəlik rasionda bəzi qidaların yer alması vacibdir.
Saça faydalı qidalar
Somon balığı omega-3 yağ turşuları sayəsində saç dərisini qidalandırır və saçlara parlaqlıq verir. Yumurta zülal və biotin tərkibi ilə saçların möhkəmlənməsinə kömək edir. Avokado E vitamini və sağlam yağlarla saç tellərini qoruyur. İspanaq və mərci dəmir və fol turşusu ilə saç köklərini gücləndirir. Qoz-fındıq, qatıq, qırmızı ət və kök isə saçların uzanmasını dəstəkləyən vitamin və minerallarla zəngindir.
Saça yaxşı təsir edən yağlar
Təbii yağların düzgün istifadəsi saç baxımında mühüm rol oynayır. Arqan yağı, badam yağı, rozmarin yağı və çay ağacı yağı saç dərisini qidalandıraraq saç tökülməsinin azalmasına kömək edə bilər. Zeytun yağı, avokado yağı, hind yağı və jojoba yağı isə saçların nəmlənməsinə və qırılmaların qarşısının alınmasına dəstək olur.
Qeyd: Mütəxəssislər saç sağlamlığı üçün balanslı qidalanma ilə yanaşı, təbii yağların həftədə 1–2 dəfə istifadəsini tövsiyə edir. Bu vərdiş saçların daha güclü və sağlam görünməsinə kömək edə bilər.
Əminə Bayramova