AZ

ABŞ ordusunu dünyanın ən güclü ordusu adlandırdı

ABŞ prezidenti Donald Tramp ABŞ ordusunun dünyanın ən güclü ordusu olduğunu bəyan edib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"Dünyanın ən güclü ordu qüvvələrimiz var və bu, danılmazdır. Mən Amerika gücünü bərpa etdim, 10 ay ərzində səkkiz müharibəni həll etdim və Qəzzadakı müharibəyə son qoydum. Bununla da 3000 ildən sonra ilk dəfə Yaxın Şərqə sülh gətirdim. Həm diri, həm də ölü girovların azad edilməsini təmin etdim", - o qeyd edib.

Tramp həmçinin ölkəsinin gələn il daha da güclənəcəyinə söz verib.T

O, Tramp administrasiyasının işini tərifləyərək, qanunsuz immiqrasiyanın qarşısını almaq səylərini tərifləyib və iqtisadi uğurlarını vurğulayıb: "Son yeddi ay ərzində ölkəmizə bir dənə də olsun qanunsuz immiqrant buraxılmayıb ki, bu da hamının tamamilə qeyri-mümkün hesab etdiyi bir şeydir".

Seçilən
106
operativmm.az

1Mənbələr