Səudiyyə Ərəbistanına qar yağıb, səhra ağ örpəyə bürünüb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. İsti iqlimi ilə tanınan ölkədə nadir təbiət hadisəsi müşahidə olunub.
Məlumata görə, Səudiyyə Ərəbistanında qeyri-adi hava şəraiti qeydə alınıb. Ölkənin bəzi bölgələrinə qar yağıb.
Əsasən isti və səhra iqliminin hökm sürdüyü krallıqda qarın yağması yerli sakinlər və turistlər tərəfindən böyük maraqla qarşılanıb.
Sosial şəbəkələrdə qarla örtülmüş səhranın və qarın altında qalan dəvələrin görüntüləri sürətlə yayılıb.
Xuraman Etibarlı
İnterpress.az