AZ

Polşa "Patriot" raket sistemlərini döyüş hazırlığı vəziyyətinə gətirdi

Polşa hakimiyyəti "Patriot" raket sistemlərini döyüş hazırlığı vəziyyətinə gətirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Vladislav Kosiniak-Kamış bildirib.

O, Polşa Ordusunun 3-cü Raketdən Müdafiə Briqadasında çıxışı zamanı bildirib ki, "bu, Polşa üçün inteqrasiya olunmuş, çoxqatlı hava hücumundan müdafiə sistemi yaradan Visla proqramının həyata keçirilməsində əsas mərhələdir".

Nazirin sözlərinə görə, 2027-2029-cu illər arasında respublikaya daha 48 Patriot buraxılış qurğusu yerləşdiriləcək və onlar hava məkanının qorunması üçün sistemə Amerika F-35 qırıcıları ilə inteqrasiya olunacaq.

Seçilən
100
operativmm.az

1Mənbələr