Vətəninfo.az xəbər verir ki, İranın keçmiş daxili işlər nazirinin müavini və islahatçı siyasi məhbus Mustafa Taczadə bildirib ki, İrandakı siyasi dəyişiklik üçün Əli Xameneyinin ölümünü gözləməyə ehtiyac yoxdur və “dəyişikliklər onun sağlığında baş verə bilər”.
Taczadə xəbərdarlıq edib ki, əgər İsrail və ABŞ İslam Respublikasını devirməyə çalışsalar, bu, fəlakətlə nəticələnəcək. Onun sözlərinə görə, sanksiyalar və müharibələr hakimiyyətə zərər versə də, ən böyük ziyan vətəndaş cəmiyyətinə və aşağı təbəqələrə dəyir, repressiyalara bəhanə yaradır.
Siyasi məhbusun dediklərinə əsasən, ən təhlükəsiz və dinc yolun Xameneyinin yanaşmasını dəyişmək, azad seçkilər keçirmək və dini hakimiyyət prinsipini aradan qaldırmaqdır.