AZ

Mais Bərxudarovun sürücüsü olmuş hərbçi qəzada həlak oldu Video

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Salyanda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Ələt-Astara magistralının Kür çayı üzərindən keçən hissəsində “Lada Priora” markalı avtomobil qəzaya uğrayıb. Nəticədə Neftçala rayon Xıllı kənd sakini 37 yaşlı Zeyqəm Kamil oğlu İbrahimov həlak olub.

Bildirilib ki, Z. İbrahimov hərbçi olub. O, Vətən müharibəsində iştirak edib və ağır yaralanıb.

Zeyqəm İbrahimov daha əvvəl sabiq korpus komandiri general-leytenant Mais Bərxudarovun sürücüsü kimi də xidmət edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
62
4
qafqazinfo.az

9Mənbələr