AZ

Bu il Balakəndə meyvə istehsalı 3,4 min tondan çox artıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Balakən, 18 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunun meyvə bağlarında məhsul yığımı başa çatıb. Builki mövsümdə bağlardan 39 min 750,6 ton məhsul tədarük olunub. Meyvə istehsalı əvvəlki illə müqayisədə 3 min 459 ton artıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda rayonda meyvə bağlarının ümumi sahəsi 13 min 570,6 hektardır. Bu bağların 10 min 650,5 hektarını fındıq bağları təşkil edir.

Balakən rayonu xurma istehsalına görə respublikada qabaqcıl yerlərdən birini tutur. Cari ildə rayonda 8,1 hektarda yeni xurma bağları salınıb. Hazırda rayonda mövcud xurma bağlarının ümumi sahəsi 845,9 hektardır. Bu il rayonda 17 min 40 ton xurma istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 1241 ton artıb.

Ümumiyyətlə, bu il bağlardan 9334,3 ton fındıq, 4530 ton alma, 4433 ton armud, 743,5 ton şaftalı, 614,8 ton gavalı, 592 ton alça və digər meyvələr yığılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
azertag.az

1Mənbələr