AZ

Qod Nisanov Milli Məclisin sabiq sədrindən 5 milyona torpaq aldı

Xəbər verdiyimiz kimi, Milli Məclisin sabiq sədri Rəsul Quliyev Bilgəh qəsəbəsində 5 milyona torpaq sahəsi satıb. Torpaq sahəsi Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şosesində yerləşir.

"Bakuinfo" xəbər verir ki, R.Quliyevin 72 sot torpağını Azərbaycan əsilli yəhudi iş adamı Qod Nisanov alıb.

Xatırladaq ki, bu torpaq mübahisəli olub. Uzun müddət sabiq deputat, Şeyxülislam Allahşükür Paşazadənin qudası Qalib Salahzadə ilə məhkəmə çəkişməsi aparılıb. Həmin məhkəmə prosesi səbəbindən Rəsul Quliyev torpaq sahəsini uzun müddət sata bilmirdi.

Mövzu ilə bağlı Qalib Salahzadə saytımıza açıqlama verib. (Globalinfo.az)

Seçilən
50
1
bakuinfo.net

2Mənbələr