AZ

Azərbaycandan Ermənistana 22 vaqon Aİ-95 markalı benzin yola salınıb - FOTO

Prezident İlham Əliyevin qərarı ilə oktyabrda Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi davam edir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, dekabrın 18-də Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib.

Belə ki, 22 vaqona yüklənən 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.

  • Azərbaycandan
  • Azərbaycandan
  • Azərbaycandan
  • Azərbaycandan
  • Azərbaycandan
  • Azərbaycandan
  • Azərbaycandan
  • Azərbaycandan
Seçilən
28
13
day.az

10Mənbələr