AZ

Bu yolun səhv olduğunu demək olmaz Ukraynada Ermənistan klubunu Qarabağ la müqayisə etdilər

ain.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynalı mütəxəssis Vitali Kvartsyanı bu gün Avropa Konfrans Liqasının əsas mərhələsində "Dinamo"(Kiyev) Ermənistanın "Noah" klubuna qarşı keçirəcəyi oyun barədə danışarkən, onları "Qarabağ"la müqayisə edib.

Sportal.az “Dinamo Kiyev ot Şurika” portalına istinadən xəbər verir ki, ukraynalı “Noah”ın “Qarabağ”ın yolu ilə getdiyini söyləyib:

"Noah" Avropa yarışlarında əcnəbi oyunçulardan ibarət komandadır? Onlar müəyyən dərəcədə "Qarabağ"ın yolu ilə getdilər. Bu mənada, həmin yolun səhv olduğunu demək olmaz. Çünki Azərbaycan komandası Çempionlar Liqasında yaxşı çıxış edir. “Noah”ın oyunçularının əksəriyyəti Cənubi Amerikadandır, texniki cəhətdən bacarıqlıdırlar, ona görə də maraqlı oyun olacağını gözləyirəm. Hərçənd onların hazırkı "Dinamo"dan güclü olduğunu düşünmürəm".

 

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
1
sportal.az

2Mənbələr