AZ

Belçikadan Rusiya ilə bağlı çağırış: Bu, İkinci Dünya Müharibəsi zaman da edilməyib

Rusiya aktivlərinin müsadirə edilməsi beynəlxalq hüququ poza bilər. Bu, hətta İkinci Dünya Müharibəsi zamanı belə edilməyib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu xəbərdarlığı Belçikanın Baş naziri Bart de Vever edib.

O qeyd edib ki, "bu vəziyyət əhəmiyyətli maliyyə və iqtisadi risklər daşıyır". İddia edib ki, Avropa İttifaqı (Aİ) maliyyə risklərini öz üzərinə götürməlidir, çünki məhkəmədə verilən kompensasiyanın məbləği Rusiyanın aktivlərinin dəyərindən xeyli çox ola bilər.

Avropa Komissiyasının hələ də ona Rusiya aktivlərinə dair etibarlı zəmanət təqdim etmədiyini bildirən Vever əlavə edib ki, "Euroclear" müştərilərinə məxsus aktivlər müsadirə olunacaq.

Seçilən
71
publika.az

1Mənbələr