AZ

"Mən onlara bu seçkilərə hazır olduğumu dedim"

"ABŞ hazırda Ukraynada yalnız prezident seçkilərinin keçirilməsini tələb edir".

"Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"ABŞ yalnız prezident seçkiləri ilə bağlı soruşdu və mən onlara bu seçkilərə hazır olduğumu dedim. Biz Rada və ya yerli seçkiləri nəzərə almadıq", - o bildirib.

Zelenski əlavə edib ki, hərbi vəziyyət dövründə seçkilərin keçirilməsi ilə bağlı qanunvericiliyin hazırlanmasında hələlik heç bir irəliləyiş yoxdu: "Bildiyim qədəri ilə, hələlik heç bir irəliləyiş yoxdur, amma mən bütün siqnalları onlara çatdırmışam".

Zelenski həmçinin seçicilərin, o cümlədən xaricdən səs verməsinə icazə verilməsinin lehinə danışıb, lakin Ali Radadakı müxalifətin buna qarşı olduğunu etiraf edib. 

"Koronavirus pandemiyasının başlanğıcından bəri insanların onlayn səs verməsinə icazə vermək üçün qanunun dəyişdirilməsi məsələsini həmişə qaldırmışam və dəstəkləmişəm. İndiyə qədər parlamentarilərlə ortaq məxrəcə gəlməmişik", - deyə o əlavə edib.

Seçilən
83
operativmm.az

1Mənbələr