AZ

Bakı Limanı illik 100 000 konteyner həddini KEÇİB

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu il Bakı Beynəlxalq Dəniz Limanı 104-105 min TEU konteyner aşırmağı planlaşdırır.

Gununsesi.info  xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakı Limanının direktoru Eldar Salahov bildirib.

Onun sözlərinə görə, bu gün Beynəlxalq Dəniz Limanında illik konteyner aşırma göstəricisi ilk dəfə olaraq 100 000 TEU (Twenty-foot Equivalent Unit – iyirmifutluq ekvivalent standartı) səviyyəsinə çatıb.

“Fikirləşirəm ki, bu il qeyd olunan göstərici 104-105 minə çatacaq”, – Eldar Salahov qeyd edib.

O əlavə edib ki, 2024-ci ildə Liman tərəfindən 76 mindən artıq TEU konteyner daşınıb və bu göstərici ilə müqayisədə cari il qeyd olunan göstərici üzrə 40% artım gözlənilir.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
5
icma.az

6Mənbələr