AZ

Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir (FOTO)

Ankara. Trend:

Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumukeçirilir.

Trend xəbər verirki, forumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan,Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr TürkRespublikası nümayəndə heyətləri iştirak edirlər.

Forumun əsas məqsədi türk dövlətləri arasında dayanıqlı vəeffektiv kommunikasiya mühitinin formalaşdırılması, həmçinindezinformasiya təhdidlərinə qarşı mübarizə sahəsində institusionalqarşılıqlı fəaliyyətin gücləndirilməsidir.

Tədbirdə dövlət orqanlarının, aparıcı kütləvi informasiyavasitələrinin nümayəndələri və sahə üzrə ekspertlər iştirak edir.Azərbaycan tərəfini Media İnkişafı Agentliyinin icraçı direktoruƏhməd İsmayılov, Prezident Administrasiyasının Qeyri-HökumətTəşkilatları ilə iş və Kommunikasiya şöbəsinin KommunikasiyaSiyasəti sektorunun müdiri Cavid Musayev, həmin şöbənin Kütləviİnformasiya vasitələri ilə əlaqələr sektorunun müdiri KamranQasımov, həmin şöbənin KİV ilə əlaqələr sektorunun baş məsləhətçisiPərvanə İbrahimova, Media İnkişafı Agentliyinin icraçı direktormüavini Natiq Məmmədli, Beynəlxalq Münasibətlərin TəhliliMərkəzinin idarə heyətinin üzvü Cavid Vəliyev, eləcə də APAİnformasiya Agentliyinin Beynəlxalq Əlaqələr və AnalitikaDepartamentinin rəhbəri Faiq Məmmədov təmsil edirlər.

Forum çərçivəsində dezinformasiyanın milli təhlükəsizliyə,ictimai rəylərə və regional sabitliyə təsiri, eləcə də müasirinformasiya mühitində birgə fəaliyyətin praktik mexanizmlərimüzakirə olunacaq. 2025-ci il üçün Türk Dövlətləri Təşkilatınıninformasiya sahəsində Fəaliyyət Planına uyğun olaraq forum mediasavadlılığı , informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşımübarizə, rəqəmsal texnologiyalardan məsuliyyətli istifadə,beynəlxalq yayım və yeni nəsil jurnalistikası sahəsində bilik vətəcrübə mübadiləsi platformasına çevriləcək.

Xəbər yenilənir

Ankarada
Ankarada
Ankarada
Ankarada
Məqalədə:
Seçilən
49
8
az.trend.az

9Mənbələr