AZ

İsraildə böyük maliyyə fırıldağına əl atıblar

Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.

İsraildə "Slice" şirkətinin sahibi ilə bərabər digər rəhbər şəxslərə qarşı 950 milyon şekel (təxminən 294 milyon ABŞ dolları) dəyərində iddia qaldırılıb. İddianı qaldırmış vətəndaşın kapital bazarı tənzimləyicisi tərəfindən təyin edilmiş idarəçi-mühasib Efi Sandov olduğu bildirilir.

Reyting.az xəbər verir ki, şikayətçinin sözlərinə görə, bu şirkət 7 500 nəfərdən çox vətəndaşın pensiya yığımını mənimsəyib. Daha sonra həmin vəsaitlər "qırmızı fondlara investisiya" təyinatı adı ilə maliyyə fırıldağına məruz qalıb.

Zərərçəkənlərdən bəzilərinin itkiləri 500 min şekeli keçib. Bildirilir ki, bunun nəticəsində minlərlə israilli qocalıq təminatından məhrum olub.

"Slice" şirkətinə qarşı qərəzinin olmadığını söyləyən mühasib Efi Sandov deyib ki, əsas məqsədi təqaüdçü israillilərə köməklik göstərmək, zərərçəkənlərin pullarının geri qaytarılması üçün hüquqi əsas yaratmaqdır.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
83
reyting.az

1Mənbələr