ain.az, Newscenter.az saytına istinadən bildirir.
“Azərbaycan dövləti xarici siyasətində Avropa ilə yanaşı Asiya, eyni zamanda Yaxın Şərq ölkələri ilə də əməkdaşlığa xüsusi önəm verir. Bu istiqamətdə rəsmi Bakının ortaya qoyduğu siyasi iradə həmin regionlarda yerləşən ölkələr tərəfindən də müsbət qarşılanıb və həmin ölkələr də yerləşdiyimiz coğrafiyada Azərbaycanla qarşılıq faydalı əməkdaşlığa üstünlük verirlər. Bu sırada Birləşmiş Ərəb Əmirliklərini də xüsusi olaraq qeyd etmək lazımdır. Müntəzəm olaraq baş tutan qarşılıqlı səfərlər Bakı ilə Əbu-Dabi arasında münasibətlərin inkişafına öz töhfəsini verir”.Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfərini şərh edərkən səsləndirib. Millət vəkili deyib ki, Prezident İlham Əliyevin dekabrın 17-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri Azərbaycan ilə bu ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, yüksək səviyyəli bu səfər təkcə ikitərəfli əməkdaşlığın mövcud vəziyyətini nümayiş etdirməklə kifayətlənmir, eyni zamanda qarşıdakı illər üçün strateji tərəfdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir:“Azərbaycan və BƏƏ arasında siyasi münasibətlər qarşılıqlı hörmət, suverenliyə və daxili işlərə qarışmama prinsipləri üzərində qurulub. Birləşmiş Ərəb Əmirlikləri daim Azərbaycanı haqq işi uğrunda apardığı mübarizədə dəstəkləyib. İstər işğal dövründə beynəlxalq platformalarda Qarabağ məsələsi müzakirəyə çıxarılanda, istərə də 44 günıük Vətən müharibəsi zamanında BƏƏ mənəvi cəhətdən Azərbaycanın yanında yer alıb. Eləcə də Vətən müharibəsindən sonra regionda Azərbaycanın yaratmış olduğu yeni geosiyasi reallıqları Əbu-Dabi də qəbul edərək Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq-abadlıq işlərinə dəstək nümayiş etdirib. Bu ilin sentyabrında BƏƏ prezidentinin Şuşaya səfər etməsi və Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın prezident İlham Əliyev tərəfindən məhz Şuşada qəbul edilməsi deyilənlərin sübutudur”.Millət vəkili onu da deyib ki, Azərbaycanın regionda artan siyasi nüfuzu və BƏƏ-nin Yaxın Şərqdə mühüm aktor olması iki ölkə arasında əməkdaşlığın geosiyasi əhəmiyyətini artırır:“Bu baxımdan səfər qarşılıqlı etimadın möhkəmlənməsinə və uzunmüddətli tərəfdaşlıq modelinin formalaşmasına töhfə verib. Səfərin əsas prioritet istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır ki, BƏƏ Azərbaycanın qeyri-neft sektoruna, infrastruktur layihələrinə və xüsusilə azad edilmiş ərazilərin bərpasına maraq göstərən əsas investor ölkələrdən biridir. Səfər zamanı keçirilən yüksək səviyyəli görüşlərdə müzakirə edilən məsələlərdən aydın oldu ki, tərəflər qarşılıqlı investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması və birgə layihələrin icrası məsələlərinə xüsusi önəm verirlər”.Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.