AZ

Türkiyə elan etdi: Azərbaycan 2 ci yerdədir

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan 2025-ci ilin yanvar-oktyabr ayları ərzində Türkiyəyə təbii qaz tədarükünü 9,798 milyard kubmetrə çatdırıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% çoxdur.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarı Tənzimləmə Şurası məlumat yayıb.

Məlumata görə, bu həcmdən 9,410 milyard kubmetr uzunmüddətli müqavilələr çərçivəsində, daha 387,55 milyon kubmetr isə spot bazarında tədarük edilib:

“Oktyabr ayında Türkiyəyə Azərbaycan qazının tədarükü 996,8 milyon kubmetrə çatıb, bu da bir il əvvəlki göstəricidən 1,17% azdır. Bunun 977,63 milyon kubmetri uzunmüddətli müqavilələr çərçivəsində ixrac edilib, 19,16 milyon kubmetri isə spot çatdırılmaları olub. Oktyabr ayının nəticələrinə əsasən, Azərbaycan Türkiyəyə qaz tədarükçüləri arasında 24,28% payla ikinci yeri tutub. Rusiya ümumi həcmin 39,67%-ni təşkil edərək liderliyi ələ keçirib, İran üçüncüdür (19,98%), ardınca Əlcəzair (8,86%) və Seneqal (2,4%) gəlir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
89
1
axar.az

2Mənbələr