AZ

Yanvar-noyabr ərzində Azərbaycanın sənaye istehsalının 70 faizindən çoxu özəl sektorun payına düşüb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın sənayeistehsalının 70 faizindən çoxu özəl sektorun payına düşüb.

Trend xəbər verirki, bunu bu gün Azərbaycanın İqtisadiyyat Nazirinin birinci müaviniElnur Əliyev Bakıda “Dayaq” mükafatının təqdimetmə mərasimindəbildirib.

“Ölkədə inklüziv sahibkarlıq inkişaf edir, qadınların biznestəşəbbüslərini gerçəkləşdirməsi üçün şərait yaradılır. Nəticədə, builin doqquz ayı ərzində qadın sahibkarların sayı artaraq təxminən339 minə çatıb”, - deyə o bildirib.

Nazir müavinin sözlərinə görə, Azərbaycadan startaplarındəstəklənməsi üzrə müsbət təcrübə formalaşmaqdadır.

“Bunun üçün müxtəlif stimullaşdırıcı güzəştlər tətbiq olunur.Dövlət və özəl sektor tərəfindən dəstəklənən inkubatorlar vəakselerasiya mərkəzləri fəaliyyət göstərir, həmçinin vergigüzəştlərini nəzərdə tutan startap sertifikatları verilir. Şübhəsizki, son illərdə dövlətimizin əsas prioritetlərindən biri işğaldanazad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərimizin doğmatorpaqlarına mümkün qədər tez qayıtmasının təmin edilməsidir”, - E.Əliyev vurğulayıb.

Seçilən
95
az.trend.az

1Mənbələr