AZ

Ömürlük həbsi istənilən Vardanyan oğluna zəng edib bunları dedi

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Bakıda istintaq təcridxanasında saxlanılan Ruben Vardanyanın oğlu David Vardanyan atası ilə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Vardanyanın ailəsi məlumat yayıb.

David Vardanyan bildirib ki, telefon danışığı zamanı Ruben heç nəyə görə peşman olmadığını deyib:

“O dedi ki, bütün hərəkətlərimi şüurlu və könüllü şəkildə etmişəm. Mümkün nəticələrini də tam başa düşürəm”.

Qeyd edək ki, Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-də davam etdirilib. Prokuror ona ömürlük həbs istəyib.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
86
globalinfo.az

1Mənbələr