“Fluminense”nin kapitanı Tiaqo Silva Braziliya klubu ilə müqaviləsini ləğv edib.
Publika.az xəbər verir ki, “Milan”, PSJ və “Çelsi”nin keçmiş oyunçusu 2024-cü ilin may ayında yetirməsi olduğu “Fluminense”yə qayıtmışdı.
Ötən mövsüm Braziliya millisinin keçmiş kapitanı 46 oyun keçirib və 4 qol vurub.
“Globo”nun məlumatına görə, müdafiəçinin ayrılmasının əsas səbəbi ailə məsələləri olub. Silvanın uşaqları və həyat yoldaşı Londonda yaşayır. Futbolçunun hər iki oğlu “Çelsi” akademiyasında oynayır. Böyük oğlu İsaqo dekabr ayında London klubu ilə peşəkar müqavilə imzalayıb.