AZ

Met Office: "Dünya istiləşir"

Britaniyanın Meteorologiya İdarəsi ("Met Office") apardığı hesablamalar nəticəsində beləproqnozyayıb. Məlumata əsasən, 2026-cı il üçün temperatur artımı nisbəti1,34-1,58 dərəcəaralığındadır. Maraqlıdır ki, göstərilən orta dərəcə (1,46) isə2024-cü ilin rekordundan (1,55) aşağıdır.Professor Adam Skeyfin sözlərinə görə, ümumiyyətlə, son 3 ildə temperatur orta səviyyədən 1,4 dərəcə yüksəkdə qərarlaşıb:"2026-cı ildə də bu artım tendensiyası səngiməyəcək".

(Sənayeləşmədən qabaqkı dövrə nisbətdə 2000-ci ildən bəri qlobal temperatur artımı)

Yeri gəlmişkən, Birləşmiş Millətlər Təşkilatına üzv ölkələr tərəfindən 2015-ci ildə imzalanmış "Paris Sazişi"nə əsasən, qlobal temperatur artımının sənayeləşmədən qabaqkı səviyyədən 1,5 dərəcəyədək məhdudlaşdırılması hədəfi qarşıya qoyulmuşdu. Son illər isə mütəxəssislər artıq belə bir hədəfə çatmağın mümkünlüyünə şübhə ilə yanaşırlar.
Avropada ənənəyə qayıdış:Benzin elektrikə qalib gəldi

Eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizə çərçivəsindədaxili yanma mühərrikli nəqliyyat vasitələrinə qarşı kampaniyanın da özünü doğrultmadığıötən günlərdə üzə çıxıb. Belə ki, Avropa İttifaqı (Aİ) həmin növ avtomobillərin istifadəsinə qarşı 3 il qabaq qoyduğu qadağanı istehsaçıların təzyiqi fonunda 2035-ci ilədək təxirə salıb. Belə bir addımAİ-nin özünün "yaşıl siyasəti"ndən ən böyük geri çəkilməsisayılır.

Firudin Həmidli
AzVision.az
Seçilən
101
1
azvision.az

2Mənbələr