AZ

İlin ən yaxşı futbolçusu üçün finalçılar açıqlanıb - Globe Soccer Awards-2025

"Globe Soccer Awards" təşkilatı 2025-ci ilin ən yaxşı futbolçusu mükafatının finalçılarını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə mükafatın rəsmi “X” sosial şəbəkəsində məlumat verilib.

Mükafat üçün nominasiyada olan futbolçular:

Usman Dembele (PSJ)

Kilian Mbappe (“Real Madrid”)

Rafinya (“Barselona”)

Vitinya (PSJ)

Lamin Yamal (“Barselona”)

Globe Soccer Awards hər il keçirilən və futbol sahəsində ilin ən böyük nailiyyətlərini göstərmiş şəxslərin mükafatlandırıldığı tədbirdir. Müxtəlif nominasiyaların qalibləri səsvermə yolu ilə müəyyən edilir.

2025-ci ilin mükafatlandırma mərasimi dekabrın 28-də Dubayda (BƏƏ) keçiriləcək.

Seçilən
107
90deqiqe.az

1Mənbələr