AZ

Qazaxıstanda LGBT təbliğatı məhdudlaşdırıldı, qanun təsdiqləndi




Qazaxıstanda LGBT təbliğatını məhdudlaşdırmağa yönəlmiş qanun layihəsi Senat tərəfindən birinci oxunuşda qəbul edilib.


Newscenter az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat verib.

Məlumata görə, beynəlxalq hüquq normaları dövlətlərə milli təhlükəsizlik maraqlarına əsaslanaraq ifadə azadlığını məhdudlaşdırmağa imkan verir.

Eyni zamanda, Qazaxıstan hökuməti bu hərəkatı tamamilə qadağan etməyi planlaşdırmır. Ölkənin mədəniyyət və informasiya nazirinin müavini Yevgeni Koçetov bildirib ki, söhbət uşaqları bu cür məzmundan qorumaqdan gedir.

Onun sözlərinə görə, bu mövzuda məzmun filmlərdə və digər media məhsullarında "18+" simvolu ilə məhdudlaşdırılacaq.

Nazir müavini həmçinin bildirib ki, sosial şəbəkələrdə mübahisəli məzmunlu materiallar qanunsuz məzmunun olub-olmaması üçün araşdırılacaq.
"Söhbət yalnız ictimaiyyət tərəfindən müsbət qiymətləndirilən bu ideologiyanın uşaqlarımıza aşılanmasının qadağan edilməsindən gedir", - deyə o bildirib.

Cavid
Seçilən
154
1
newscenter.az

2Mənbələr