AZ

Ümmügülsüm Sadıqzadənin 125 ci ildönümünə həsr olunan seminar

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində unudulmaz istiqlal şairi Ümmügülsüm Sadıqzadənin 125-ci ildönümünə həsr olunan seminar keçirilib. Mərasimdə şairin sevgidən yoğrulmuş poeziyası, çətin və keşməkeşli həyat yolu haqqında ətraflı məlumat verilib.

Muzeyin “Məktəblərlə və ictimaiyyətlə iş” şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nəcibə Bağırzadə çıxışında bildirib ki, 1937-ci ilin amansız repressiya qurbanlarından olmuş Ümmügülsüm Sadıqzadənin günümüzə lirik şeirləri, hekayələri ilə yanaşı “Qala xatirələri” və sürgündən övladlarına ünvanladığı məktubları da gəlib çatmışdır. Nəcibə Bağırzadə şair Ümmügülsümün hələ Bayıl həbsxanasında qələmə aldığı “Qala xatirələri”ndə övladları ilə görüşəcəyi günün həyəcanını necə təsvir etdiyini diqqətə çatdırıb.

Daha sonra natiq dərdli şair ananın övladları Cığataya, Oqtaya (Xalq rəssamı Oqtay Sadıqzadə) yazdığı məktubların məzmununudan bəhs edərək uzaq Sibirdə ailəsinə qovuşmağın həsrəti ilə yanan insanın əzabla keçən illərini təsvir edib.

Slayd nümayişi ilə keçən elmi seminarda, həmçinin, muzeyin Mədəni irs və mənbəşünaslıq şöbəsinin müdiri, professor Xatirə Bəşirlinin, “Yeni və Müasir Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi” şöbəsinin elmi işçisi Törəxanım Hüseynova və digərlərinin sual və çıxışları ilə davam edib.

Qabil YUSİFOĞLUXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
63
1
xalqqazeti.az

2Mənbələr