AZ

İnnovasiya ekosisteminin ən fəal oyunçuları mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə17 dekabr 2025-ci il tarixində Azərbaycanın innovasiyaekosistemində ən mühüm hadisələrdən biri olan “IDDA Awards”müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub. Tədbirdəinnovasiya ekosisteminin 200-ə yaxın oyunçusu ilə yanaşı,startaplar, böyük şirkətlərin və müxtəlif dövlət qurumlarınınnümayəndələri iştirak ediblər.

Bu il müsabiqəyə 8 fərqli nominasiya üzrə ümumilikdə 162müraciət daxil olub. Onlardan 119 müraciət ictimai səsverməmərhələsinə keçib və sonda hər nominasiya üzrə 5 finalçı münsiflərheyəti tərəfindən qiymətləndirilib.

Tədbirin rəsmi hissəsində İRİA-nın İdarə Heyətinin sədri FəridOsmanov, İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiriTaleh Kərimli, eləcə də İnvestisiya və miqyaslaşma şöbəsinin müdiriAğahüseyn Əhmədov çıxış edərək ölkədə innovasiya və rəqəmsaltransformasiya sahəsində görülən işlər, ekosistemin inkişafperspektivləri və “IDDA Awards”un bu prosesdə rolu barədəfikirlərini bölüşüblər.

“IDDA Awards 2025”in qalibləri:

İlin Startapı – IMED
İlin Rezidenti – Era Soft Digital Solutions
İlin Ekosistem Lokomotivi – Emiliya Əhmədova
İlin Ekosistem Oyunçusu – Yaradıcı Mərkəz
İlin Bacarıq Gücü – STEP IT
İlin Texnologiya Tədbiri – Baku ID
İlin İKT-də Qadını – Emiliya Əhmədova
İlin Rəqəmsal Layihəsi – e-AHİK

Qeyd edək ki, “IDDA Awards” Azərbaycanda innovasiyalarıntəşviqinə, startaplar tərəfindən yaradılan qabaqcıl texnolojihəllərin tanıdılmasına və innovativ layihələrin həm dövlət, həm dəözəl sektorda tətbiqinin stimullaşdırılmasına xidmət edən mühümplatformadır. Müsabiqə iştirak edən və xüsusilə də qalib olanlayihələr üçün ekosistemdə tanınmaqla yanaşı, şəbəkələşmə və yenitərəfdaşlıqların qurulması baxımından geniş imkanlar yaranır.

İnnovasiya
İnnovasiya
İnnovasiya
İnnovasiya
İnnovasiya
İnnovasiya
İnnovasiya
Seçilən
133
az.trend.az

1Mənbələr