AZ

Səs küylü vəzifəyə məşhur qadın təyin ediləcək Yeni strategiya

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“Böyük Britaniyanın qocaman enerji şirkəti elan edib ki, Meg O’Neill 1 aprel 2026-cı il tarixindən etibarən BP şirkətinin növbəti baş direktoru vəzifəsinin icrasına başlayacaq. O’Neill şirkətin xaricdən gətirilən ilk rəhbəri olmaqla yanaşı, həm də  dünyanın “TOP-5” iri neft-qaz şirkətlərindən birinə gələn ilk qadın rəhbəri kimi tarixə düşür. BP məhz bu təyinatla səhmdarlara və bazar iştirakçılarına həm əməli, həm də kommunikasiya baxımından güclü bir siqnal verir”.

Globalinfo.az bildirir ki, bu sözləri Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban deyib.

Ekspert şirkətin hazırkı rəhbəri Murray Auchinclossun CEO və İdarə Heyətinin direktoru vəzifəsini artıq tərk etdiyini söyləyib:

“Şirkət Carol Houlun müvəqqəti baş direktor vəzifəsini icra edəcəyini açıqlayıb. BP p.l.c şirkətinə gələn ilin II rübündən başçılıq edəcək rəhbərin tam adı Marguerite Eileen O’Neill-dir. O, ABŞ-da Kolorado ştatında doğulub və hazırda bu ölkənin vətəndaşdır. İctimaiyyət üçün açıq olan mənbələrdə onun doğum tarixi qeyd edilməsə də, təqribən 55 yaşında olduğu təxmin edilir.

Massaçusest Texnologiya İnstitunun (MIT) “Kimya mühəndisliyi” fakültəsini bitirib. Bundan əlavə, “Okean sistemlərinin idarəçiliyi” üzrə magistr təhsili alıb.

Meg O’Neill 2021-ci ilin aprelindən indiyə qədər 71 il əvvəl yaradılmış Avstraliyanın “Woodside Energy” neft-qaz şirkətinin baş direktorudur. Bundan əvvəl isə 23 il Amerikanın neft nəhəngi “ExxonMobil”in Hyuston, Yeni Orlean, İndoneziya, Kanada və Norveçdəki müxtəlif texniki, əməliyyat və yüksək səviyyəli rəhbər vəzifələrində çalışıb, həmçinin regional və qlobal liderlik səlahiyyətlərini icra edib.

İlham Şaban

O, Avstraliyanın neft və qaz sənayesinin əsas qurumu olan Avstraliya Enerji İstehsalçılarının (AEP) sədridir, həmçinin Avstraliya Biznes Şurasının və Amerika Neft İnstitutunun (APİ) idarə heyətində xidmət edir.

BP son zamanlar səhmdarların istəyindən çıxış edərək strateji dəyişikliklərə başlayıb, daha doğrusu, yenilənə bilən enerjidən ənənəvi neft-qaz sahəsinə balanslı şəkildə keçid edib. Şirkət bu baxımdan kənardan təcrübəli “baş icraçı direktor” dəvət etməklə özünün fokuslandığı nəticələri sürətlə yaxşılaşdırmaq niyyətindədir. O’Neill sözügedən kontekstdə BP-nin gəlir və kapitallaşma performansını daha tez artırmaq istəyən investorların tələblərinə uyğun bir kadrdır”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
globalinfo.az

1Mənbələr