AZ

Aİ Ukraynanın maliyyələşdirilməsi üçün vahid mövqe formalaşdıracaq Makron

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Avropa İttifaqına (Aİ) üzv ölkələr sammit zamanı Ukraynanın dondurulmuş Rusiya aktivləri hesabına maliyyələşdirilməsi ilə bağlı vahid siyasət formalaşdıracaqlar.

Redaktor.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "Reuters" agentliyinə açıqlamasında bildirib.

“Bu aktivlərin necə istifadə olunacağı ilə bağlı mühüm müzakirələr başlayıb. Mən Rusiyanın sərəncamında olan bu aktivləri nəzərdə tuturam. Düşünürəm ki, hamını bir mövqedə birləşdirməliyik. Biz ümumi bir mövqe tapacağıq”, - deyə Fransa lideri vurğulayıb.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
84
1
redaktor.az

2Mənbələr