AZ

İnformasiya məkanında Türk dünyasının müdafiə arxitekturasının gücləndirilməsi zəruridir - Burhanettin Duran

Ankara. Trend:

İnformasiya məkanında Türk dünyasının müdafiə arxitekturasınıngücləndirilməsi zəruridir.

Trend-in xüsusimüxbiri xəbər verir ki, bunu Türkiyənin PrezidentAdministrasiyasının Kommunikasiyalar Şöbəsinin rəhbəri BurhanettinDuran Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə MübarizəForumunda çıxışı zamanı deyib.

“Hamımız onun şahidi olmuşuduq ki, İkinci Qarabağ müharibəsitəkcə döyüş meydanında aparılmırdı. Eyni dərəcədə amansız vəprinsipial mübarizə kommunikasiya müstəvisində də gedirdi. Müharibədövründə və ondan sonra Azərbaycanın qələbəsini təhrif etməyə vəgözdən salmağa yönəlmiş çoxsaylı dezinformasiya kampaniyalarıhəyata keçirildi. Bu saxtakarlıqları ifşa etməklə biz AzərbaycanınZəfərinə informasiya məkanında da mühüm dəstək göstərmiş olduq.

Bu kontekstdə həmin dövrdə aşkar etdiyimiz manipulyativmateriallardan birini – ictimai rəyə təsir baxımından ən riskliolanlardan birini – sizinlə bölüşmək istərdik. Söhbət “Qarabağadaxil olan azərbaycanlı əsgərlər yaşlı erməni qadını ələ salırlar”başlığı ilə yayılan saxta xəbərdən gedir. İddia olunurdu ki, guyabir əsgər yaşlı qadına su stəkanı uzadır, digəri isə o, su içməkistədiyi anda nümayişkaranə şəkildə suyu tökür. Halbuki videonuntam versiyasında aydın və birmənalı şəkildə görünür ki,azərbaycanlı hərbçi yaşlı erməni qadına öz əli ilə su içirdir”, –deyə o bildirib.

B. Duran təəssüflə qeyd edib ki, hazırkı dövrdə kadrlarınkəsilib montaj edilməsi və kontekstdən çıxarılması yolu iləgörüntülərə tamamilə başqa, təhrif olunmuş məna verməkmümkündür.

“Üstəlik, süni intellekt texnologiyalarının tətbiqi iləreallığın saxtalaşdırılması keyfiyyətcə yeni mərhələyə keçir. Beləbir mühitdə yeni kommunikasiya alətləri təkcə imkanlar deyil, həmdə ciddi təhdidlər yaradır. Bu təhdidlərlə yalnız birgəstrategiyaların həyata keçirilməsi yolu ilə mübariə aparmaq olar.Bizə kənardan sırımağa çalışılan hekayə və narrativləri ancaqbirlikdə – öz, ortaq və uzlaşdırılmış hekayəmizi formalaşdırmaqla –dağıtmaq mümkündür. Başqa sözlə, dezinformasiyaya qarşı mübarizədədaha konkret, institusional əməkdaşlıq formaları qurmaqməcburiyyətindəyik. Birgə faktçekinq mexanizmləri yaratmalı, erkənxəbərdarlıq sistemlərini işə salmalı və bir-birimizlə vaxtındaməlumat mübadiləsi aparmalıyıq”, – deyə o vurğulayıb.

B. Duran bildirib ki, Türkiyə öz növbəsində media savadlılığınınartırılması, uşaqların və gənclərin rəqəmsal təhdidlərdənqorunması, kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsi,süni intellektdən istifadə etməklə manipulyasiyalara qarşımonitorinq üçün alqoritmik alətlərin hazırlanması, eləcə də dövlətqurumları arasında informasiya mübadiləsinininstitusionallaşdırılması kimi istiqamətlərdə son dərəcə vacibaddımlar atır.

“Bu məsələdə bizim qəti və birmənalı siyasi iradəmiz var.Xüsusilə vurğulamaq istəyirəm ki, bu sahədə formalaşdırdığımızpotensialı qardaş ölkələrlə böyük məmnuniyyətlə bölüşməyə vəonlarla birgə fəaliyyət qurmağa hazırıq. Bütün tərəflərin beləəməkdaşlığa hazır olduğunu da görürük. Bu yanaşma, həmçinin türkdünyasının bütövlüyünə qarşı yönəlmiş, süni şəkildə yaradılan hərcür parçalanma cəhdlərinə qarşı kollektiv mövqenin açıq nümayişiolacaq.

Ölkələrimiz arasında məlumat mübadiləsi, təcrübənin ötürülməsi,birgə təhsil mexanizmlərinin yaradılması və operativ reaksiyaqabiliyyətinin formalaşdırılması informasiya məkanında türkdünyasının müdafiə arxitekturasının əsas elementlərinə çevriləcək.Biz dövlətlərimizi, birliyimizi və qardaşlığımızı dezinformasiyakampaniyalarından qorumalıyıq. Onların dağıdıcı təsirinineytrallaşdırmaq üçün beynəlxalq, institusional mexanizmləgücləndirilmiş, əlaqələndirilmiş milli siyasət zəruridir”, – deyəİdarə rəhbəri bildirib.

Məqalədə:
Seçilən
116
1
az.trend.az

2Mənbələr