Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan Azərbaycan və Türkiyəni birləşdirən dəmir yollarının bərpasını istəyib.
"Unikal" xəbər verir ki, onun müraciəti "24 News YouTube" kanalında yayımlanıb.
"Mən rusiyalı tərəfdaşlarımızdan Yerasxdan Azərbaycan sərhədinə və Axurikdən Türkiyə sərhədinə qədər olan hissələrdə dəmir yollarının tam bərpasını təcili olaraq həyata keçirmələrini xahiş etdim", - deyə o bildirib.
Paşinyan qeyd edib ki, İcevan-Qazax hissəsi ilə bağlı da oxşar bir tələb tezliklə irəli sürüləcək, çünki təmirə ehtiyac var. O, rusiyalı tərəfdaşlarının bu tələbi mümkün qədər tez yerinə yetirəcəyinə ümid etdiyini bildirib.
Gülayə Mecid