AZ

“Səbail” qalib gələ bilmədi, 2-ci yeri əldən verdi

Futbol üzrə Azərbaycan I Liqasında XI turun oyunları davam edir.

Msport.az xəbər verir ki, bu gün iki görüş baş tutub.

Çempionatın iddialı komandalarından olan “Səbail” “Şahdağ Qusar”la səfər oyununda vacib xallar itirib – 2:2. Günün digər matçında da gözlənilməz nəticə qeydə alınıb. “Mingəçevir” səfərdə 31-ci dəqiqədən oyunu azlıqda davam etdirən “Difai”ni məğlub edə bilməyib – 1:1.

I Liqa, XI tur

18 dekabr

“Şahdağ Qusar” – “Səbail” 2:2
Qollar: 
Sənan Ağalarov, 27, Ruslan Voronsov, 35 – Səbayıl Bağırov, 26, Bahadur Həziyev, 69

“Difai” – “Mingəçevir” 1:1
Qollar:
Musa Musazadə, 2 – Samir Abdullayev, 9 (pen)
Qırmızı vərəqə: Musa Musazadə, 31 (“Difai”)

Şəfa (10 oyun) – 24 xal, Baku Sportinq (11) – 22, Səbail (11) – 22, Mingəçevir (11) – 20.

Seçilən
87
msport.az

1Mənbələr